21 sentyabr 2016 17:00
Qriqorçuk: Nəticə o qədər də önəm kəsb etmir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun U-19 komandasının bu gün UEFA Gənclər Liqasında Moskva "Dinamo"suna (Rusiya) qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, bu oyunu izləyəcəyəm. Yeniyetmə futbolçularımızın hansı səviyyədə olduqlarını görmək mənə də maraqlıdır. Nəticə o qədər də önəm daşımır. Boy atma, inkişaf - bax budur əsas məsələ".
