21 sentyabr 2016 16:00
Elxan Məmmədov Londona təqdimata dəvət olundu
Bu gün İngiltərənin London şəhərində İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə AÇ-2020-nin ev sahibi şəhərlərindən biri olan Londonun loqosunun təqdimat məraimi keçiriləcək. Azerisport.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının dəvəti əsasında AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək.
Londonda AÇ-2020-nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək.
Xatırladaq ki, AÇ-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq.
