21 sentyabr 2016 13:00
Qəbələnin rəqibi kobudluq edən futbolçusunu 5 oyunluq itirdi
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Almaniyanın "Maynts" klubu yeni transferi Xose Rodriqes cəzalandırılıb. Azerisport.az xəbər verir ki, buna onun Almaniya Bundesliqası çərçivəsində "Auqsburq"a qarşı oyunda rəqib futbolçuya qarşı sərt oynaması və qırmızı vərəqə alması səbəb olub.
Madrid "Real"ının yetirməsi olan 21 yaşlı futbolçu "Maynts"ın heyətində ikinci, Bundesliqada isə ilk matçına çıxıbmış. Buna qədər o, sadəcə, kubok görüşündə forma geyinmişdi. Lakin "Auqsburq"la matçın gedişində sonradan meydana çıxan futbolçu bundan cəmi 6 dəqiqə sonra rəqibə qarşı çox kobud davrandığına görə, birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bu hərəkətinə görə Rodriqesə 5 oyunluq cəza verilib.
