21 sentyabr 2016 11:30

Kamran Ağayev: Portu ilə matçda debüt etməyə hazırlaşıram

Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi

- Portuqaliyada işləriniz necədir?
- Hələ tam alışmamışam. Məsələ burasındadır ki, burada hamı ingilis dilini bilmir. Çox az adamla ünsiyyət qura bilirəm. Klub mənim üçün portuqal dilini öyrətməyə müəllim tutub. Artıq bir həftə olar öyrənirəm. Çünki portuqal dilini bilməsəm, burada mənə çətin olacaq. Əsasən də futbol terminlərini öyrənirəm. Bildiyiniz kimi, meydanda danışmağı sevirəm. Bunun üçün isə portuqal dilini bilməyim vacibdir.

- Sizi klubda necə qəbul etdilər?
- Normal qarşıladılar. Özümü yaxşı hiss edirəm.

- Sizdən öncə bu kluba keçən Emin Mahmudovun yəqin ki, köməyi çox dəyər...
- Yeri gəlmişkən, o da portuqal dilini öyrənir. Fikrimcə, ikimiz də burada uğur qazana biləcəyik. Xüsusən də Emin çox gəncdir və ona daha çox vaxt lazımdır.

- Son turda heç biriniz meydana çıxmadınız və komandanız uduzdu. Qarşıdakı "Portu" ilə oyunda da belə olacaq?
- Emin barədə dəqiq bir söz deyə bilmərəm. Amma mənim zədəm olmasa, meydana çıxacağam. Artıq iki həftədir buradayam və hazırlaşıram.

- Sizə elə gəlmir ki, "Portu" sizin debütünüz üçün heç də uyğun rəqib deyil?
- Belə şeylərə fikir verməməyə çalışıram. Mən komandaya kömək etmək üçün buradayam. Çətin olacağını bilirəm. "Portu" daha çox hücum edəcək. Amma unutmayın ki, mən elə ən yaxşı oyunlarımı da daha güclü komandalara qarşı keçirmişəm. Portuqaliya, Almaniya yığmaları ilə görüşlər, və sair. Bir sözlə, buna alışmışam.

- Deməli, "Portu" ilə oyunda sizi meydanda görəcəyik?
- Qeyri-adi nəsə olmasa, bəli. "Portu" bu ölkənin ən böyük klublarından biridir. Onlarla görüş çətin olacaq. Amma ümid edirəm ki, debüt matçımda uğur qazana biləcəyik.

- Rəqabət baxımından problem yoxdur?
- Buraya ehtiyatda oturmaq üçün gəlməmişəm.

- Azərbaycan və Portuqaliya futbolu arasında nə kimi fərqlər olduğunu hiss etmisiniz?
- Heç kimi tənqid etmək istəmirəm (gülür). Portuqaliya futbol ölkəsidir. Düzdür, Azərbaycan futbolu son illərdə beynəlxalq arenada öz sözünü deməyə başlayıb. Maliyyə böhranına rəğmən, klublarımız uğurlar qazanırlar. Amma istənilən halda hələ Portuqaliya ilə müqayisə oluna bilmərik.

- "Boavişta" sizin üçün tramplin rolunu oynaya bilər?
- Əslində elə bu klub da karyeramı davam etdirmək üçün heç də pis variant deyil. Hazırda yalnız bu komandada uğur qazanmaq barədə düşünürəm. Amma gələcəkdə hər şey ola bilər. Fürsətdən istifadə edib "Sumqayıt"a da təşəkkürümü bildirirəm ki, mənə dəstək oldular.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.