21 sentyabr 2016 00:25
Kərim Diniyev: Sumqayıta həm uduza, həm də qalib gələ bilərdik
"Kəpəz"in yarımmüdafiəçisi Kərim Diniyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Ağır oyun oldu. "Sumqayıt" yaxşı komandadır. Biz qələbə qazanmaq istəyirdik, amma sonda bir xalla kifayətlənməli olduq. Bu oyunda həm uduza, həm də qələbə qazana bilərdik. Fikrimcə, yekun nəticə daha ədalətli oldu. Vurduğum qola gəlincə, maraqlı alındı. Topu qəbul edən kimi ağlıma gəldi ki, qapıya zərbə vurmaq daha yaxşı olar. Top havada uçarkən qol olacağını anladım. Komandama az da olsa, kömək etməyim xoşdur".
