21 sentyabr 2016 00:15
Ufuk Budaq oynadı, komandası Türkiyə kubokunda mərhələ adladı
Futbol üzrə Türkiyə Kubokunda 2-ci təsnifat mərhələsinin görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da mübarizəyə başlayıb.
Sözügedən komanda aşağı liqa təmsilçisi "Orhanqazispor"la qarşılaşıb. Görüşün əsas vaxtı 2:2 hesabıyla bitdiyindən, əlavə yarım saat oynanılıb. Məhz bu vaxt ərzində daha bir qol vuran Super Liqa klubu mərhələ adlamağa nail olub.
Ufuk bu görüşə start heyətdə başlayıb. O, hesab 1:1 olarkən, 58-ci dəqiqədə əvəzlənib. Bundan 5 dəqiqə öncə isə o, sarı vərəqə almağa da imkan tapıb.
