21 sentyabr 2016 00:05
Eratın komandası yenə xal itirdi
Almaniya üçüncü Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Holştayn Kil"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Erat bu görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 8 turdan sonra "Duysburq" 20 klub arasında 15 xalla 2-ci pillədə qərarlaşıb.
