20 sentyabr 2016 17:00

Elvin Məmmədov: Ötən mövsüm zəif komandalar daha çox idi

"Zirə"nin kapitanı Elvin Məmmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Qarabağ"a uduzduqları (0:2) oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "Zirə" demək olar ki, "Qarabağ"ın qapısına yaxın düşə bilmədi. Niyə komandanızın oyunu alınmadı?
- Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Amma "Qarabağ" bizi müdafiədən oynamağa məcbur etdi. Buna görə də oyunumuz alınmadı və uduzduq.

- Komandanızın üzvləri də demək olar ki, heç nə ilə yadda qalmadılar...
- O dərəcədə passiv olduğumuzu deməzdim. Son 15 dəqiqədə normal oynadıq. Sadəcə, son ötürmələrdə problem olurdu.

- Razısınız ki, ötən mövsüm "Zirə" daha güclü idi?
- Razıyam ki, həmin komanda daha çox qələbə qazanırdı. Nəticə olanda hamı danışır. Amma bu mövsüm iki qələbə qazanıb, üç oyunda uduzmuşuq.

- Belə oyunla, bu heyətlə avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcəksiniz?
- Hər kəsin öz fikri, işə öz yanaşması var. Biz də buraya komandanı gücləndirmək üçün gəlmişik. Sualınız barədə isə heç nə deyə bilmərəm. Klubun rəhbərliyi, məşqçiləri var. Heyəti onlar müəyyənləşdirirlər. Niyə avrokuboklara düşməyək ki? Futbolda hər şey mümkündür.

- Komandada çatışmazlıqlar çoxdur?
- Əlbəttə. Yeni komandayıq. Ötən mövsümdəki heyətdən 8-9 futbolçu gedib. Sistem də fərqlidir. Ötən mövsüm daha çox müdafiədən oynayırdıq. Bu mövsüm isə daha çox topla oynamağa çalışırıq.

- Ötən mövsüm komandada Nelson Bonilya kimi vuran ayaq var idi. Bu mövsüm isə hücumçusuz oynayırsız. Nurlan Novruzov olsa da, hücumda Viktor İqbekoyi çıxış edir...
- Bu sual mənə ünvanlanmamalıdır. Mən də komandamızda yaxşı hücumçuların olmasını istərəm. Amma bu işlə rəhbərlik, baş məşqçi məşğul olur. Elə məqamlar var ki, onları biz bilmirik. Mən də istərdim ki, üç hücumçumuz olsun, rəqabət artsın.

- Bəlkə rəqibləriniz daha güclənib?
- Ötən mövsüm zəif klublar daha çox idi. Bu mövsüm isə çempionatda cəmi 8 klub var. "Qarabağ"la "Qəbələ"dən başqa bütün klublar eyni səviyyədədir. İndi daha çətinləşib.

- Çempionluq yolunda favoritiniz "Qarabağ"dır, ya "Qəbələ"?
- Yəqin ki, "Qarabağ" çempion olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.