20 sentyabr 2016 16:00
Yığmamızın üzvləri DÇ-nin ən yaxşıları arasında
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli Kolumbiyada keçirilən dünya çempionatının qrup mərhələsində ən yaxşılar sırasında yer alıb. Azerisport.az xəbər verir ki, 43 seyv edən qolkiperimiz hamıdan az qol buraxıb - 7 top.
Millimizin bombardiri Vassura isə vurduğu 4 qolla bombardirlər yarışında ilk onluqdadır.
Qeyd edək ki, Azərbaycan DÇ-2016-nın qrup mərhələsində Mərakeşə (5:0) qalib gəlib, İspaniyaya uduzub (2:4), İranla heç-heçə edib (3:3) və qrup ikincisi kimi 1/8 finala çıxıb. Növbəti mərhələdəki rəqibimiz isə Tailand yığması olacaq.
