20 sentyabr 2016 15:20
A kateqoriyalı məşqçi kursu keçiriləcək
Oktyabrın 12-dən 16-dək (birinci mərhələ), oktyabrın 31-dən noyabrın 4-dək (ikinci mərhələ), noyabrın 14-dən 18-dək (üçüncü mərhələ) və noyabrın 28-dən dekabrın 10-dək (dördüncü mərhələ) Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "A" kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "B" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Sənədlər sentyabrın 30-dan oktyabrın 6-dək AFFA tərəfindən qəbul olunacaq.
