20 sentyabr 2016 15:00

Dmitri Bezotosnının gözlədiyi 62 dəqiqə

Topaz Premyer Liqasının 5-ci turu “Qəbələ”nin mövsümdəki ardıcıl 4-cü “quru” oyunu ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, bir oyunu təxirə salınan “qırmızı-qaralar” arxada qalan turlarda qol buraxmayan yeganə komandadır.

Əyalət klubunun ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. 34-cü turun mayın 11-də keçirilən “Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə isə “Kəpəz” (2:0), “İnter” (0:0) və “Neftçi”nin (8:0) ardından AZAL-la oyunu (3:0) da qol buraxmadan tərk edən Bezotosnı ardıcıl 6-cı dəfə qapısını “quru” saxlayıb. Onun qapısında gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 598 dəqiqədir qol buraxmır.

Dünyanın ən uzun “quru” seriyalarının siyahısına ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar düşdüyündən Dmitrini bu göstəricidən 62 dəqiqə ayırır. “Sumqayıt”la sentyabrın 22-dəki matçın ilk 62 dəqiqəsində qol buraxmasa, ukraynalı 2-ci dəfə həmin siyahıya düşəcək. Belə ki, qolkiper ötən ilin payızında 727 dəqiqəlik seriyayla şəxsi rekordunu müəyyənıəşdirmişdi. Onu şəxsi göstəricisindən 129 dəqiqə ayırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.