20 sentyabr 2016 13:40
Qarabağ mərkəzi arenaya köçür
"Qarabağ" Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, bu qarşılaşma oktyabrın 15-də keçiriləcək.
Ağdam klubu sumqayıtlılarla oyunu bu arenada keçirməklə həm də Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə matç (20 oktyabr) öncəsi yenilənmiş qazonu sınaqdan keçirmək, arenaya uyğunlaşmaq məqsədi güdür.
Qeyd edək ki, "Qarabağ"ın öz stadionunda təmir işləri aparıldığından ağdamlılar rəqiblərini Masazırdakı "Əlincə Arena"da qəbul edirdi.
