20 sentyabr 2016 13:00
Birinci Divizion klublarının da cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” – MOİK matçında MOİK-in futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” – “Mil-Muğan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
