20 sentyabr 2016 12:20
AFFA-dan Şükürova xəbərdarlıq!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” - AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qarabağ” - “Zirə” matçında “Zirə”nin baş məşqçisi Adil Şükürov oyun sonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaq.
