20 sentyabr 2016 12:40
"Qarabağ - PAOK matçı mərkəzi arenada keçiriləcək"
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev bəyan edib ki, arenanın qazonu ilə bağlı yaranan problemlər artıq yoluna qoyulub. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydança artıq yaşıllaşıb. Qazonun problem olan yerlərində yeni örtük salındı. Narahatlıq üçün heç bir əsas yoxdur. "Qarabağ" - PAOK matçı mərkəzi arenada keçiriləcək".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ"la Yunanıstan təmsilçisi arasındakı görüş oktyabrın 20-nə nəzərdə tutulub.
