20 sentyabr 2016 12:00

Cavid İmamverdiyev: Neftçi çempionluğa da oynaya bilər

"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Qələbəni əldən verməyinizə nə səbəb oldu?
- Hər komanda o cür acı məğlubiyyətdən sonra belə oyun göstərə bilməzdi. Ancaq “Neftçi” kimi komanda belə qısa müddətdə toparlana bilərdi. Bu görüşdə qalib gəlməli idik. Buna borclu idik. Azarkeşlərimiz belə bir qələbəyə layiq idilər. Amma müdafiədə buraxdığımız səhvlər qolla nəticələndi. Belə sonluğu gözləmirdim.

- Ancaq həmin azarkeşlər 90 dəqiqə ərzində futbolçuları söyür, rəhbərliyi istefaya səsləyirdi...
- Bu, onların haqqıdı. Çünki biz onları oyunumuzla məyus edirik. 0:8-dən sonra başqa nəsə gözləmək də olmazdı. Artıq onların da səbri tükənib. Fikrimcə, hazırkı məqamda haqlıdılar. Hər şeyə rəğmən, biz onları sevirik.

- Bu məğlubiyyət acınacaqlı oldu, yoxsa “Qəbələ” ilə oyundakı?
- “Neftçi” üçün bütün məğlubiyyətlər acınacaqlıdır. Çünki bu komanda Azərbaycanın “flaqman”ıdı, xalqın komandasıdı. Əlbəttə ki, “Qəbələ” ilə matçda 8 top buraxmaq bizi daha çox üzmüşdü. “İnter”ə də acınacaqlı şəkildə uduzduq.

- Bəlkə əcnəbi futbolçuların səviyyəsi aşağı olduğu üçün komanda uğursuz nəticələr göstərir?
- Bu barədə nəsə deməyim doğru olmaz. Çünki mən də onlar kimi, futbolçuyam. Heç kim haqda pis danışa bilmərəm. Rəhbərliyimiz, baş məşqçimiz var. Buna qiymət vermək onların işidi.

- Öz oyununuzdan razısınız?
- Xeyr. Sağ olsun, Elxan Abdullayev mənə inanır. Mənə deyib ki, yaxşı məşq elə, söz verirəm ki, səni milliyə də göndərəcəyəm. Mən də əlimdən gəldiyi qədər çalışıram. Demirəm ki, Vəli Qasımov mənə inanmırdı. Sadəcə, onun vaxtında çox oynamırdım.

- Elxan Abdullayevin gəlişindən sonra məşqlərdə fərq hiss edirsiniz?
- Hər məşqçinin öz taktikası, fərqli məşqləri olur. Deyərdim ki, indi komandada əhval-ruhiyyə düzəlib. Normalda 0:8-dən sonra 4-5 oyun özümüzə gəlməməliydik. Amma “Neftçi” peşəkar komandadı. Belə məğlubiyyət futbolda ayda-ildə bir dəfə təsadüfən olan şeydi. Müsbət mənada dəyişiklik var.

- Rəhbərlik komandanın qarşısına minimum 3-cü yeri tutmağı məqsəd qoyub. Bu komanda ilə hədəfə çatmaq mümkündümü?
- Bu hədəfə çata bilərik. Belə davam etsək və azarkeşlərimiz də arxamızda olsa, hətta çempionluğa da oynaya bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.