20 sentyabr 2016 00:55

Qarabağın yeni qapıçısı: Bakıya heyran qalmışam

"Qarabağ"ın yeni qapıçısı Boyan Şaranov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirilən oyunda (2:0) debüt etdi. Matçdan sonra o, jurnalistlərə müsahibəsində azerisport.az saytının əməkdaşının da suallarını cavablandırdı:

- Debüt oyununuz barədə nə deyə bilərsiniz?
- Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki cəmi 15 gündü yeni komandamın düşərgəsindəyəm. Ona görə də bu qələbəyə görə sevrinirəm.

- Öz oyununuzdan razı qaldınız?
- Düzdü, bu gün meydanda çox işim olmadı. Əsas o idi ki, konsentrasiyanı itirməyim. Fikrimcə, bu, məndə pis alınmadı.

- Komandanızın əsas qapıçısı İbrahim Şehiç bosniyalı, sən isə serbsən. İki ölkənin siyasi münasibətlərində ciddi problemlər olduğunu nəzərə alsaq, sizin aranızdakı münasibətlər necədir?
- Şehiç mənə ən yaxın insanlardan biridir. Bizim işimiz futbol oynamaq, komandaya faydalı olmaqdır. Əl-ələ verib, "Qarabağ"ın uğurları üçün çalışırıq.

- Avropa Liqasında oynamaq şanslarını necə qiymətləndirərdin?
- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Çünki əsas heyətdə kimin oynamasına baş məşqçi qərar verir. Mənim işim məşq etmək, formada qalmaqdır. Şansımı gözləyirəm.
 
- Yəqin ki, Azərbaycana gələndə çox vaxt ehtiyatda qalacağını bilirdin. Yoxsa Şehiçi əsas heyətdən kənarlaşdıracağına əminsən?
- Yenə də deyirəm, kimin ehtiyatda olacağına baş məşqçi qərar verəcək. Azərbaycana gələndə, ehtiyatda qalacağımı, yaxud əsas heyətdə olacağımı fikirləşməmişəm. Məşq edib, şans qazanmaq və özümü doğrultmaq istəyirəm.

- “Xəzər Lənkəran” vaxtilə Avropa Liqasında İsrailin “Makkabi” klubuna 0:8 hesabıyla uduzanda Hayfa təmsilçisinin qapısını sən qoruyurdun. O oyunu xatırlayırsan?
- Yaxşı xatırlayıram. Həmin gün şans bizim tərəfdə idi. Qapıya vurduğumuz bütün zərbələr qol oldu.

- Həmin qarşılaşmada “Xəzər Lənkəran”ın kapitanı olan Rahid Əmirquliyevlə bu gün “Qarabağ”da komanda yoldaşısız. Onunla o oyun barədə söhbətiniz düşüb?
- Az da olsa, danışmışıq.

- “Xəzər Lənkəran”ın artıq dağıldığını bilirsən?
- Bəli, xəbərim var. Onu da bilirəm ki, bu komanda Azərbaycanın yaxşı klublarından biri olub.
 
- Azərbaycan haqda fikrin nədi? Adaptasiya problemin var?
- Etiraf edim ki, Bakıya heyran qalmışam. Bu barədə ailə üzvlərimə də demişəm. Onlara dedim ki, Bakı çox gözəl şəhərdir. İlk dəfə bura gələndə şoka düşmüşdüm. Avropanın böyük şəhərlərindən heç nədə geri qalmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.