20 sentyabr 2016 00:45
Qarabağın rəqibi yenə məğlub oldu
Futbol üzrə Çexiya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi səfərdə "Slaviya" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
"Slovan" hazırda 5 xalla 15 klub arasında 13-cü pillədə qərarlaşıb.
