20 sentyabr 2016 00:15
Qurban Qurbanov: Risk etmək istəmədim
"Qarabağ" Topaz Premyer Liqasının 5-ci turunda "Zirə"ni 2:0 hesabıyla məğlub etdi. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
“Hər bir oyun bizim üçün vacibdi. Heyətdə dəyişikliklər etsək də, qələbə üçün oynadıq. Ümumən pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədi. “Slovan”la matçdan sonra bəzi futbolçularımızın mikro zədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım.
Bədavi Hüseynov fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. "Kəpəz"lə görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm".
