19 sentyabr 2016 21:00

Roman Qriqorçuk: Vurduğu qola heç də ondan az sevinmədim

Topaz Premyer Liqasının 5-ci turunun “Qəbələ” – AZAL oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Müdafiədəki oyunumuz kifayət qədər yüksək səviyyədədir. Düzdür, üzərində işləməli, təkmilləşdirməli olduğumuz məqamlar var. Lakin ümumilikdə çox ciddi səviyyədədir. Bu oyunda “18-lik”də yer almayan Rafael Santos bizim üçün önəmli oyunçudur. Ona güvənirik. Əminəm ki, Santos bizə hələ çox kömək edəcək. Cinah müdafiəçilərinin mövqeyini dəyişməsi xüsusi atılan addım deyildi. Sadəcə, oyun epizodundan belə alındı. Petar Franyiçin oynamaması isə belə qərar verməyimizlə bağlıdır. O oynasaydı, başqası kənarda qalacaqdı. Bu oyunçunun “Neftçi” ilə qarşılaşmada səhvlər etdiyini düşünmürəm. Qismət Alıyev istədiyimiz kimi oynamasa da, gənc oyunçu ilə bağlı qərar vermək yox, onların belə çıxışına imkan yaratmaq, səbr etmək lazımdır. Onu buna görə əvəzlədik. Roman Hüseynov isə kifayət qədər yaxşı oynadı. Onun qol sevincini mənimlə bölüşdüyü anda hər ikimiz eyni hissləri keçirdik. Mən gənc oyunçunun qoluna heç də ondan az sevinmədim. Biz turnirlər arasında fərq qoymuruq ki, çempionat və ya UEFA Avropa Liqası vacibdir. Qrup mərhələsinin hər matçı bir hadisədir. Azarkeşlər düşünür ki, adi matçlardır və “Qəbələ” “Maynts”a, “Sent-Etyen”ə qalib gəlməlidir. Lakin öncədən fikirləşmək lazımdır ki, onlar top-çempionatları təmsil edir. Bu çempionatlarda 30-cu olan komanda belə səviyyəli yarışdan gəlib. Həmin komandaların hər biri ilə matçlar böyük hadisədir. Bu turnirin vacib olmadığını demək olmaz. Elə çempionat da hər bir komanda üçün önəmlidir. Biz bütün turnirlərdə - həm çempionat, həm avrokubok, həm ölkə kubokunda keçirdiyimiz matçlara məsuliyyətlə və qələbə qazanmaq istəyi ilə yanaşırıq. İndidən “Maynts”dan danışmaq tezdir. Bunadək iki çempionat matçımız var. İlk növbədə “Sumqayıt”ı düşünməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.