19 sentyabr 2016 20:00
Millimizin futbolçusu sıraya dönür
Azərbaycan yığmasında oynamağa qərar verən Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmazın xeyli vaxtdır zədədən əziyyət çəkdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, son məlumatlarda onun zədəsinin sağaldığı bildirilir.
Belə ki, Yılmaz bu həftə komanda ilə məşqlərə başlayacaq. O, tam gücü ilə məşq edə bilsə, Super Liqanın 6-cı turu çərçivəsində "Qaziantepspor"a qarşı oyunda meydana da çıxa bilər.
Həmin qarşılaşma oktyabrın 1-də baş tutacaq. Hər şey qaydasında olsa, istisna deyil ki, Dəniz Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Norveç (8 oktyabr) və Çexiya ilə (11 oktyabr) oyunlarına da dəvət alsın.
