19 sentyabr 2016 18:15
Samir Abasov: Düşmənimə də belə qol buraxmağı arzulamaram
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk hissədən çox narahat idim. Amma birinci 45 dəqiqədə daha yaxşı oynadığımızı düşünürəm. Düşmənimə də arzulamaram ki, bu cür kuryoz qol buraxsın. Oyuna nəzarət tərəfimizdə idi, hesabda öndə idik. Təəssüf ki, sabitlik çatışmır komandada. Bu da futbolçuların yaşı və təcrübəsi ilə əlaqədardır. İnanırıq ki, əlimizdəki resurslarla ən yaxşısını edə biləcəyik".
