19 sentyabr 2016 17:20
Filip Ozobiç: AZAL-la görüşdə ancaq qələbəyə oynayacağıq
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyuna ciddi hazırlaşırıq. Əks halda rəqib bizə problem yarada bilər. Qələbəyə oynayacağıq.
Artıq Belçikada "Anderlext"ə qarşı keçirdiyimiz oyunu unutmuşuq. Avropa Liqasında qələbə qazanmaq üçün hər oyunda ideal formada olmaq lazımdır. Qarşıda daha beş oyunumuz var. Fikrimcə, hələ qrupdan çıxmaq şansımız qalır. Almaniyanın "Maynts" klubuna ev oyununda qalib gəlmək istəyirik.
Komandamızın yeni futbolçusu Petar Franyiç yaxşı oyunçudur. O, əsas heyətin üzvünə çevrilə bilər".
