19 sentyabr 2016 17:00
Qəbələ - Sumqayıt görüşünün başlama saatı bəlli oldu
Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” görüşünün tarixi və başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma sentyabrın 22-də keçiriləcək.
Topaz Premyer Liqası
3-cü turun oyunu
22 sentyabr (cümə axşamı)
17:00. “Qəbələ” - “Sumqayıt”
Qəbələ şəhər stadionu.
