19 sentyabr 2016 16:00
Elnur Abdullayev: Yaxşı oyunla gözəl qələbə qazandıq
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi" üzərində qazandıqları qələbəni (2:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Neftçi" bizimlə oyundan öncə böyük hesabla uduzmuşdu. Buna baxmayaraq, bu rəqibə həmişə ciddi yanaşmaq lazımdır. Yaxşı oynadıq, gözəl qələbə qazandıq. Bu qələbəni çox istəyirdik. "Neftçi"yə bundan sonrakı oyunlarda uğurlar arzulayıram. Bu, futboldur, belə hallar olur. Qoy üzülməsinlər".
