19 sentyabr 2016 13:30
Karpin: Şeydayevlə Mahmudovun gedişi Rusiya yığması üçün böyük itki deyil
Rusiyalı məşhur futbol mütəxəssisi Valeri Karpin Emin Mahmudovla Ramil Şeydayevin Azərbaycan yığmasında oynamaq qərarına gəlməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu, onların seçimidir. Bu gün üçün Rusiya yığmasının səviyyəsinə uyğun gəlməyən futbolçulardan idilər. Ona görə də elə bir komandaya üstünlük verdilər ki, orada əsas heyətdə oynaya biləcəklər. Bunun Rusiya yığması üçün böyük itki olduğunu demək olmaz. Dəqiq söyləmək olar ki, Mahmudov və Şeydayevlə Rusiya yığması heç də bir baş üstün olmazdı".
