19 sentyabr 2016 13:00
Qəbələ – Sumqayıt matçı dekabra təxirə salındı
Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında 3-cü turdan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” oyununun keçirilmə tarixi dəyişdirilib. Azerisport.az xəbər verir ki, “Qəbələ” klubunun UEFA U-19 Gənclər Liqasının birinci mərhələsində Rusiyanın “Dinamo” klubu ilə qarşılaşması səbəbindən matç 21.09.2016-cı il tarixindən 05.12.2016-cı il tarixinə keçirilib.
