19 sentyabr 2016 12:00

Dario Melnyak: Azarkeşlərə bircə onu söz verə bilərəm ki...

"Neftçi"nin müdafiəçisi Dario Melnyak Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Matçla bağlı nə deyə bilərsiniz?
- Əvvəlki oyunlarla müqayisədə bu görüşdə inkişaf hiss olunurdu. Amma bu dəfə xal qazanmağımız üçün azacıq bəxt yetmədi. Əsas odur ki, komanda mübarizə apardı. İndiki məqamda bu çox vacibdir.

- Bəs indiyə qədər belə oynamağa nə mane olurdu?
- Yaxşı sualdır. Amma nə deyəcəyimi bilmirəm. Çünki bunun bir sıra səbəbləri var. Bəlkə də bu gün daha inamlı çıxış etməyimiz yeni baş məşqçinin gəlişi ilə bağlıdır. Hər halda bu oyunda özümüzü daha yaxşı hiss edirdik.

- Buraxılan qollarda müdafiə xəttinizin səhvləri həlledici rol oynadı...
- Qollar həmişə səhvlər nəticəsində vurulur. Hesabda öndə olarkən üstünlüyümüzü daha da artırmaq üçün əla şanslarımız da oldu. Amma biz həmin şansları boşa verdik. Rəqib isə qısa zaman ərzində iki qol vurdu. Kimin günahkar olduğunu deyə bilmərəm. Bircə onu bilirəm ki, buraxılan səhvlərdən nəticə çıxarmağımız lazımdır.

- Mətbuatda futbolçuların "Qəbələ"yə qəsdən uduzduğu yazılır. Bu, mümkündür?
- Mən futbolçuların gözlərinə baxanda onların hər birinin oynamaq istədiyini görürdüm.

- Vəli Qasımovun sözlərinə görə, həmin gün xəstəxanada olmasaydı, komanda 8 cavabsız qolla uduzmazdı...
- Bu barədə heç nə deyə bilmərəm. Fikrimcə, həmin matçda məsələ heç də məşqçilik deyildi.

- Xalq komandası adlandırılan "Neftçi" turnir cədvəlinin son pillələrindədir. Azarkeşlərə sözünüz?
- Onlara necə çətin olduğunu bilirəm. Amma belə məğlubiyyətlər onlardan da çox bizə pis təsir edir. Azarkeşlərə bircə onu söz verə bilərəm ki, vəziyyəti düzəltməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.