19 sentyabr 2016 11:30

Eduardo: Azərbaycanın 1/8 finala qrup ikincisi kimi yüksəlməsi əla nəticədir

Futzal üzrə Azərbaycan yığmasının üzvü Eduardo DÇ-2016-nın qrup mərhələsində İrana qarşı keçirdikləri oyundan (3:3) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matçla bağlı nə deyə bilərsiniz?
- Bizi çətin oyun gözlədiyini hamımız yaxşı bilirdik. Çox yaxşı oynadıq.

- Axı bunu ilk hissəyə aid etmək olmaz. Fasiləyə qədər zəif oynamağınızın səbəbi nə idi?
- Böyük ehtimalla konsentrasiyanı itirməyimizin təsiri oldu. Buraxılan qoldan sonra daha yaxşı oynamağa başladıq. Daha bir neçə qol vurmaq şansımız da oldu.

- Rəqib sona dörd dəqiqə qalmış hesabı bərabərləşdirərkən məğlub olacağınızdan qorxmadınız?
- Yaxşı müdafiə xəttimiz var. Bunu bir daha göstərdik. Sonadək duruş gətirməyi bacardıq. Rəqibə elə də çox qol şansı vermədik. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dünya çempionatında ilk dəfə iştirak etdiyi halda, İranın mundiallarda böyük təcrübəsi var.

- Millimizin bütövlükdə qrup mərhələsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Biz əla nəticəyə nail olduq. Belə güclü qrupdan ikinci yerlə çıxmağı bacardıq. Mən razı qaldım.

- Qarşıda 1/8 final mərhələsi çərçivəsində Taylandla oyun var. Bu görüşdən nə gözləyirsiniz?
- Heç də sıradan rəqib deyil. Onlar qrup mərhələsində Rusiyaya uduzsalar da, çox yaxşı oynadılar. İspaniyadan olan yaxşı məşqçiləri var. Topla çox yaxşı davranırlar. Onlara qalib gəlmək çox çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.