19 sentyabr 2016 10:30
Miltinyo: Bizim üçün yeni dünya çempionatı başlayır
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İran oyunundan sonra milli komandamızın baş məşqçisi Miltinyo fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Çətin oyun olacağını bilirdik və buna hazırlaşmışdıq. Artıq irəliyə doğru vacib addım ataraq 1/8 final mərhələsinə vəsiqə qazanmışıq. İndi toparlanmalı və dünya çempionatında çıxışımızı davam etdirmək barədə düşünməliyik. Diqqətimizi daha çox Tayland yığmasının keçirdiyi oyunları təhlil etməyə yönəltməliyik. Belə demək mümkünsə, bizim üçün yeni dünya çempionatı başlayır”.
