19 sentyabr 2016 01:45
Rəcəb Fərəczadə: Millinin İran üzərində qələbəsinə ümid etmək olar
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Rəcəb Fərəczadə millimizin DÇ-2016-nın qrup mərhələsi çərçivəsində İrana qarşı keçirəcəyi oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu görüşdə psixoloji üstünlük bizim tərəfimizdə olacaq. Çünki bizə qrup ikincisi olmaq üçün hətta heç-heçə də bəs edəcək. Amma yəqin ki, uşaqlar bu oyuna da İspaniya ilə görüşdəki kimi, qələbə üçün çıxacaqlar. Belə olsa, qələbəyə ümid etmək olar. Baxmayaraq, İran Asiya çempionudur, güclü komandadır, dünya reytinqlərində də yüksək yerlərdə qərarlaşıb".
