19 sentyabr 2016 01:15
Kamranla Eminin komandası ev oyununda uduzdu
Futbol üzrə Portuqaliya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Feyrense" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Kamranla Eminin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta" 5 turdan sonra 5 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
