19 sentyabr 2016 01:00
Qarabağın rəqibi Romaya qalib gəldi
Futbol üzrə İtaliya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Roma" ilə qarşılaşıb. Oyun "Qarabağ"ın rəqibinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 6 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.
