19 sentyabr 2016 00:45

Araz Abdullayev: Bizim bu vəziyyətdən çıxmağa yetərli gücümüz var

"Neftçi"nin kapitanı Araz Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Matçla bağlı nə deyə bilərsiniz?
- "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra bu oyuna hazırlaşmaq çətin oldu. Klubda dəyişikliklər baş verdi. Bu matçda daha yaxşı oynadığımız hiss olunurdu. Buna rəğmən qələbə qazana bilməməyimiz pis oldu. Amma növbəti oyunlarda xallar qazanacağıq.

- Niyə komandanız toparlana bilmir?
- Komandamız hazırda "qara zolağa" düşüb. Artıq bu zolaqdan çıxmağın vaxtı çatıb.

- "Neftçi" indi autsayderlərdən biri hesab olunur...
- Təəssüf ki, hələlik, geriləyirik. Amma belə davam edə bilməz.

- Hesab 1:0 sizin xeyrinizə olarkən əla qol imkanını boşa verdiniz...
- Bəli, elədir. Qol vurmaq istəsəm də, alınmadı. Çox məyusam.

- Oyundan sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayev sizə nə dedi?
- Bizə təsəlli verdi, bildirdi ki, normal oynadınız.

- Son dəqqiələrdə iki qol buraxmağınıza nə səbəb oldu?
- Arxayınlaşdığımızı deməzdim. Sadəcə, ehtiyat oyunçular skamyamız qısadır. Bunun təsiri oldu. Mövsümə pis başlasaq da, tədricən özümüzə gəlirik. Kapitan olaraq onu deyə bilərəm ki, bizim bu vəziyyətdən çıxmağa gücümüz var.

- Bir müddət öncə sizin "Qarabağ"a keçəcəyinizə dair yayılan xəbərlər nə dərəcədə doğru idi?
- Mən də həmin xəbərləri oxumuşdum. Amma dəqiq heç bir məlumatım yoxdur. Mənim "Neftçi" ilə müqaviləm var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.