18 sentyabr 2016 22:30
Svanadze: Yalnız buraxılan qoldan sonra özümüzə gəldik
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ağır oyun oldu. "Neftçi"nin ötən turdakı darmadağından sonra bu oyunda var gücünü meydanda qoyacağını bilirdik. Biz oyuna yaxşı başlamışdıq. Amma sonradan nəsə alınmamağa başladı. Yalnız buraxılan qoldan sonra özümüzə gəldik. Matçın son dəqiqələrində yaxşı təsir bağışladıq və qələbə qazandıq. "Neftçi" çox yaxşı komandadır. Onların "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətini təsadüfi hesab edirəm. Bu komandaya qarşıdakı oyunlarında uğurlar arzulayıram".
