18 sentyabr 2016 20:00
Dmitri Nazarov oynamadı, komandası darmadağına sevindi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Dinamo" (Drezden) ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun qələbəsi ilə başa çatıb - 3:0.
Nazarov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ersgebirge" 5 turdan sonra 6 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
