18 sentyabr 2016 16:00
Stiv Olfers: Qəbələ qrup mərhələsində uğur qazanmaq istəyirsə...
"Qəbələ"nin sabiq futbolçusu Stiv Olfers bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə məğlubiyyətini (1:3) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" matça pis başlamamışdı. Təəssüf ki, belə bir görüşdə uduzdular. Əlbəttə, heç-heçə daha yaxşı nəticə olardı. Amma alınmadı. Rəqib güclü idi. Onu yada salmaq lazımdır ki, "Qəbələ" qrup mərhələsinə qədər necə komandalara qalib gəlib. Qrupdakı digər rəqiblər - "Sent-Etyen" və "Maynts" da güclü komandadır. "Qəbələ" uğurlu çıxış etmək istəyirsə, maksimum diqqətli oynamalı, ələ düşən şanslardan yaxşı yararlanmalıdır. Xüsusilə ev oyunlarında yaxşı nəticələr qazanmaq vacibdir".
