Mirhüseyn Seyidov: Bu klubu sevən çox futbolçu Neftçidən narazı ayrılıb
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin ötən turda "Qəbələ"yə böyük hesabla uduzduğuna görə bu dəfə daha yaxşı oynayacağını bilirik. Asan olmayacaq. Diqqət olmalıyıq. Bu, turun ən maraqlı oyunu olacaq. Qələbə qazanmaq istəyirik.
"Neftçi"dəki duruma gəlincə, keçmiş komandamı belə vəziyyətdə görmək xoş deyil. Bu klubun yetirməsiyəm. Amma bu klubu sevən çox oyunçu oradan narazı ayrılıb. Mən, Aqil Məmmədov, Elvin Yunuszadə, Ruslan Qurbanov... Uşaqlar gedəndə də Vəli Qasımov deyirdi ki, siz qəsdən oynamırsınız. İstənilən halda bu kluba, yeni baş məşqçisinə uğurlar arzulayıram".
