18 sentyabr 2016 15:20
Elnur Cəfərov klub rəsminin səhvinə görə oynamayıb
Xəbər verdiyimiz kimi, azərbaycanlı futbolçu Elnur Cəfərov Xorvatiyanın ikinci liqasında 6-cı turun "Şibenik"lə ev oyununda "Duqopolye"nin iştirak ərizəsində yer almayıb. Azerisport.az xəbər verir ki, buna yığmamızın yarımmüdafiəçisinin adının bu matçın iştirak ərizəsində səhv qeyd olunması səbəb olub.
Klub rəsminin bu səhvi matçın komissarının diqqətindən yayınmayıb. Bu üzdən də o, futbolçumuzun bu görüşdə iştirakına icazə verməyib. Nəticədə, ötən tur meydana çıxan Elnur bu dəfə qarşılaşmanı kənardan izləmək məcburiyyətində qalıb.
