18 sentyabr 2016 14:00
Eddi İsrafilov: Etimadı doğrultmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının və İspaniyanın "Kadis" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya Sequnda Liqasının 5-ci turu çərçivəsində "Reus"a qarşı keçirdikləri səfər oyununu (0:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında o, bunları söyləyib:
"Bu görüşdə qələbə də qazana bilərdik. Amma ələ düşən qol şanslarından yaxşı yararlana bilmədik. Sequnda Liqada belə hallar olur. Artıq bu oyun geridə qaldı və biz növbəti matçımıza köklənməliyik. Öz oyunuma gəlincə, baş məşqçi mənə güvənir. "Xetafe" ilə oyunda hər şey çox yaxşı alındı. Baş məşqçinin göstərdiyi etimadı doğrultmaq istəyirəm".
