18 sentyabr 2016 13:30
Fiorentina - Qarabağ matçı 10 avroya
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la İtaliyanın "Fiorentina" klubu arasında keçiriləcək oyunun biletləri sabahdan etibarən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, bu görüşü canlı izləmək istəyənlər 10-60 avro aralığında (18,5 - 111 manat) xərcə düşməli olacaqlar.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" oyunu sentyabrın 29-da Florensiyadakı "Artemio Franki" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da start götürəcək.
