18 sentyabr 2016 13:00
Elnur Cəfərov oynamadı, komandası liderliyi ələ keçirdi
Futbol üzrə Xorvatiya ikinci liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Şibenik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ötən tur 24 dəqiqə oynamış Elnur bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 13 xalla 12 klub arasında 1-ci pillədə qərarlaşıb.
