19 sentyabr 2016 04:48
Azərbaycan İranla heç-heçə edib, pley-offa çıxdı
Kolumbiyada təşkil olunmuş futzal üzrə dünya çempionatının final mərhələsində iştirak edən Azərbaycan milli komandası bu gün qrupdakı üçüncü oyununu keçirdi. Azerisport.az xəbər verir ki, yığmamız Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində İran futzalçıları ilə qarşılaşdı.
Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlib, İspaniyaya isə 2:4 hesabıyla uduzub.
DÇ-2016
19 sentyabr
Azərbaycan - İran - 3:3
Turnir cədvəli: İspaniya - 9 xal, Azərbaycan, İran - 4, Mərakeş - 0.
Milli komandamız pley-offa çıxıb, orda Tailanlda qarşılaşacaq.
