18 sentyabr 2016 11:00
İradə Əliyeva da Rioda gümüş medal qazandı
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, Azərbaycan idmançılarından daha biri uğurlu çıxış etməyə nail olub. Söhbət nizə atma idman növündə qüvvəsini sınayan İradə Əliyevadan gedir.
O, 42.58 metr nəticə göstərərək ikinci yerə çıxıb və gümüş medal qazanıb.
Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komandamız Rioda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb.
