Sumqayıtda heç-heçə, İnter Neftçi üzərində əzmkar qələbəyə sevindi
Bu gün Topaz Premyer Liqasında 5-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında Sumqayıtın eyniadlı təmsilçisi doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Hərəyə 1 qol vuran komandalar meydanı 1 xalla tərk ediblər.
Günün digər matçında isə iki paytaxt klubu - “İnter”lə “Neftçi” üz-üzə gəlib. Bu görüşdə hesabı qonaqlar açıblar. Amma matçın sonlarında səhnəyə çıxan Rauf Əliyev 5 dəqiqə içində dubla imza ataraq komandasına əzmkar qələbə qazandırıb.
Topaz Premyer Liqası
5-ci tur
18 sentyabr (bazar)
“Sumqayıt” - “Kəpəz” - 1:1 (0:0)
Qollar: V.Cavadov, 69 (1:0). K.Diniyev, 73 (1:1).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 14. Bəxtiyar Həsənalızadə, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 11. İbrahim Abednejad, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 2. Rail Məlikov, 18. Süleyman Əhmədov, 66. Afşin Esmailzade.
Baş məşqçi: Samir Abasov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 77. Serjinyo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 25. Şəhriyar Əliyev, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 4. Qaraxan Əliyev.
Baş məşqçi: Şahin Diniyev.
“İnter” - “Neftçi” - 2:1 (0:0)
Qollar: A.Abdullayev, 67-pen. (0:1). R.Əliyev, 87 (1:1). R.Əliyev, 90+2 (2:1).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Bakı. “İnter Arena”.
“İnter”: 1. Səlahət Ağayev (k), 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro, 4. Rahil Məmmədov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 17. Rəhman Hacıyev, 80. Edson Kastilyo, 10. Cavid İmamverdiyev, 7. Araz Abdullayev (k), 99. Denilson Pereyra, 19. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 95. Elvin Bədəlov, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu.
Baş məşqçi: Elxan Abdullayev.
19 sentyabr (18:00. “Qəbələ” - AZAL, 20:00. “Qarabağ” – “Zirə”)
