18 sentyabr 2016 00:55
Eddi İsrafilovun komandası səfərdə uduzdu
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Reus" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
İsrafilov start heyətdə meydana çıxıb, 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kadis" 5 turdan sonra 5 xalla 22 klub arasında 14-cü pillədə qərarlaşıb.
