18 sentyabr 2016 00:45
Budaq Nəsirov ehtiyatda qaldı, Sportinq 1 xalla kifayətləndi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Jil Visente" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Nəsirov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 7 turdan sonra "Sportinq"in ikinci komandası 5 xalla 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.
