18 sentyabr 2016 00:35
Emin Nurinin komandası 3 xalı 2 qolla qazandı
İsveç çempionatında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Estersund"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0.
Əsas heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 29 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
