18 sentyabr 2016 00:25
Samir Məsimovsuz Domjale məğlub oldu
Futbol üzrə Sloveniya çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Çelye" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Samir ilk 8 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 9 turdan sonra 14 xalla 10 klub arasında 5-ci pillədə qərarlaşıb.
