17 sentyabr 2016 23:00
Şeydayevsiz Trabzonspor yenə məğlub oldu
Futbol üzrə Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası - "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi səfərdə "Alanyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ilə ayrılıb - 0:3.
İlk üç turda olduğu kimi, Ramil bu görüşün də iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 4 turdan sonra 3 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.
